Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dopinq şoku

11 İyul 2018
 

Almaniya mətbuatı Rusiya millisinin üzvlərinin fiziki formalarını yüksəltmək üçün dopinq qəbul etdiyini yazıb.  Ölkənin məşhur “Bild” nəşri rusiyalı futbolçuların 1/4 finalın Xorvatiya ilə oyununda rəqib üzərində fiziki üstünlük qazanmaq üçün  ammiak  iylədiklərini iddia edib.  Jurnalistlər bunun qadağan olunmuş maddələr siyahısına daxil olmadığını bildiriblər. Ancaq dəvət olunmuş mütəxəssisin sözlərinə görə, bu maddə də dopinq kimi eyni təsiri göstərir.

“Bild” nəşri yaydığı məlumata sübut olaraq Rusiya millisinin  müdafiəçisi İlya Kutepovun meydana çıxmazdan əvvəl nəsə iylədiyini əks etdirən şəkili paylaşıb.