Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Atletimiz Rüstəm Məmmədov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

10 İyul 2018
Macarıstanın Györ şəhərində yeniyetmələr arasında atletika üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatda üçtəkanla tullanma yarışlarında 15,16 metr nəticə göstərən atletimiz Rüstəm Məmmədov bürünc medal qazanıb.

Atletimiz Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Mükafatlandırma mərasimi iyulun 11-də keçiriləcək.