Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Venesuelada inflyasiya 4600 faizi ötdü

10 İyul 2018
Ötən ay Venesuelada qiymətlərin gündəlik artımı 2,8 faizə çatmışdır. İlin əvvəlindən isə inflyasiya 4600 faizi ötmüşdür. Bu rəqəmləri ölkənin Milli Məclisinin Maliyyə Komitəsinin üzvü Alfonso Markina açıqlamışdır.

TASS agentliyinin xəbərinə görə, aprel ayının ikinci yarısında hökumət növbəti dəfə minimal əməkhaqqını artırmışdır. Ərzaq mallarının alınması üçün ayrılan vəsaitlərlə birlikdə işləyən vətəndaşın minimal gəliri 2,55 milyon bolivar (23 dollar) təşkil etmişdir.

Ölkədə yaranmış ağır vəziyyətə görə Venesuelanın bir çox vətəndaşı xaricə getmək məcburiyyətindədir. Hazırda təkcə qonşu Kolumbiya ərazisində 800 mindən çox venesuelalı yaşayır.