Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

KTMT-nin baş katibi Ermənistanda istintaqa çağırıldı

10 İyul 2018
Ermənistanın xüsusi istintaq xidməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovu 2008-ci ilin martında baş vermiş iğtişaşlarla bağlı iş üzrə şahid qismində dindirəcək. Bu barədə “Sputnik Armeniya” saytı xəbər verir.

Məlumata görə, Xaçaturov iyulun axırlarında Yerevana gedəcəyini vəd etmişdir.

Xatırladaq ki, 2008-ci il martın 1-2-də Yerevanın paytaxtındakı nümayişlərdə 10 adam həlak olmuşdur. Nümayişçilərə qarşı odlu silahdan istifadə olunmuşdur. Lakin bu cinayətə görə hələ heç kəs cəzalandırılmamışdır.

O vaxt Xaçaturov Ermənistan Müdafiə Nazirliyinin Yerevan qarnizonunun rəisi idi. Hadisələrdən bir ay sonra isə o, silahlı qüvvələrin baş qərargahının rəisi vəzifəsinə təyin olunmuşdur.

Bundan əvvəl bu işlə bağlı Ermənistanın eks-prezidenti Robert Köçəryan da istintaqa dəvət edilmişdir. O, ölkədə olmadığına görə xaricdən qayıtdıqdan sonra, yaxud qiyabi dindiriləcək.

Bundan başqa, cinayət işi çərçivəsində 2008-ci ilin yazında Ermənistanın müdafiə naziri vəzifəsini tutan Mikael Arutyunyan barəsində axtarış elan edilmişdir.