Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfqanıstanda partlayışda 11 nəfər həlak oldu

10 İyul 2018
Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində baş vermiş partlayış nəticəsində azı 11 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır. Bu barədə “1TV” telekanalı xəbər verir.

Məlumata görə, intiharçı-terrorçu Cəlalabad şəhərində polis nəzarət-keçid məntəqələrinin birinin yaxınlığında özünü partlatmışdır. Həlak olanlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları və mülki şəxslər var.

Bu terror aktına görə ölkə ərazisində fəaliyyət göstərən qruplaşmalardan heç biri hələ ki məsuliyyəti üzərinə götürməmişdir.