Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında

10 İyul 2018
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

Canəhmədov Anar Əhəd oğlu

Həbibli Gültəkin Fazil qızı

Kərimov Emil Zülfüqar oğlu

 

“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə

 

Abdullayeva Leyla Yaşar qızı

Hacıyev Hikmət Fərhad oğlu

Süleymanov Nüsrət Süleyman oğlu

Şahhüseynov Elnur Sultan oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 iyul 2018-ci il