Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

10 İyul 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 8.0.6-1-ci və 8.0.6-2-ci maddələr əlavə edilsin:

“8.0.6-1. milli antidopinq qurumu;

8.0.6-2. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə yaradılmış intizam qurumu, apelyasiya qurumu və terapevtik istifadəyə icazə qurumu;”.

2. Aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:

“Maddə 12-1. Milli antidopinq qurumu

12-1.1. Milli antidopinq qurumu  idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdur.

12-1.2. Milli antidopinq qurumu öz fəaliyyətini bu qanun, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumdünya Antidopinq Məcəlləsi, beynəlxalq standartlar, habelə onun vəzifələrini və hüquqlarını müəyyən edən digər normativ hüquqi aktlar, qaydalar və nizamnaməsi əsasında həyata keçirir.”.

3. Aşağıdakı məzmunda 42.2.4-1-ci maddə əlavə edilsin:

“42.2.4-1. milli antidopinq qurumunun təsdiq etdiyi antidopinq qaydalarına riayət etmək;”.

4. Aşağıdakı məzmunda 43.2.3-1-ci maddə əlavə edilsin:

“43.2.3-1. milli antidopinq qurumunun təsdiq etdiyi antidopinq qaydalarına riayət etmək;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyun 2018-ci il