Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səmədov millidən getdi

10 İyul 2018
 

Aleksandr Səmədov Rusiya millisində karyerasını başa vurmasından danışıb. Əslən azərbaycanlı olan 33 yaşlı futbolçu yığmadan getməyə daha əvvəl qərar verdiyini bildirib: “Millidə gedişimi əvvəldən planlaşdırmışdım. 2 həftə sonra 34 yaşım tamam olacaq. Getmək üçün münasib vaxt olmalıdır. Düşünürəm ki, indi ideal məqamdır.  Biz dünya çempionatında layiqli şəkildə mübarizə apardıq. Ailəm var və uşaqlarıma daha çox vaxt ayırmaq istəyirəm. Üstəlik, avqustda üçüncü övladım dünyaya gələcək. Artıq getmək vaxtıdır. Daha əvvəlki kimi gücüm yoxdur.  Xorvatiya ilə oyundan sonra məşqçilər korpusuna minnətdarlıq etdim. Birgə unudulmaz 2 il keçirdik. Bu, mənim üçün millidəki ən yaxşı dövr idi. Konfederasiyalar Kuboku, dünya çempionatı - bu turnirlərdə oynamaq möhtəşəm idi”.

Xatırladaq ki, Rusiya millisi 1/4 finalda Xorvatiyaya oyunsonrası penaltilərlə 3:4 hesabı ilə (əsas və əlavə vaxt 2:2) uduzaraq DÇ-2018-də çıxışını başa vurub.