Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azarkeşlərin hesabını ödədi

10 İyul 2018
 

Xorvatiya millisinin hücumçusu Mario Mancukiç maraqlı jesti ilə diqqət çəkib. Xarici KİV-in yaydığı xəbərə görə, təcrübəli forvard doğma şəhərində DÇ-2018-in 1/4 final mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Rusiya (2:2; pen-4:3) matçını birgə izləyən azarkeşlərin içdikləri pivələrin pulunu ödəyib.

Belə ki, Mancukiç Slavonski-Brod şəhərindəki barların birində fanatların içdikləri pivələrə görə 4 min avro xərcə düşüb.

Qeyd edək ki, bu, xorvat forvardın ilk diqqətçəkən jesti deyil. Daha əvvəl də o, Xorvatiyadakı yanğından mühafizə idarəsinin əməkdaşları üçün 20 min avro xərcləmişdi.