Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə dəhşətli dəmiryolu qəzası baş verdi

09 İyul 2018
Türkiyənin qərbində yerləşən Tekirdaq vilayətində sərnişin qatarının relslərdən çıxması nəticəsində ölənlərin sayı 24 nəfərə çatmışdır. Bu barədə Baş nazirin müavini Rəcəb Akdak məlumat vermişdir.

Onun dediyinə görə, faciə yerində axtarış-xilasetmə işləri dünən səhər 06:00-da başa çatmışdır.

Akdak bildirmişdir ki, hadisənin səbəbləri hərtərəfli təhqiq olunur. Baş nazirin müavini həlak olanların ailələrinə başsağlığı vermiş, yaralılara tezliklə sağalmağı diləmişdir.

Bu arada Türkiyənin səhiyyə naziri Əhmət Dəmircan bildirmişdir ki, xəstəxanalara çatdırılmış 318 sərnişindən 124-ü stasionar müalicəyə götürülmüşdür.

İlkin məlumata görə, qatarın qəzaya uğramasının səbəbi Tekirdaq rayonunda relslərin altındakı torpağı yumuş leysan yağışıdır.

Qəza anında qatarda 362 sərnişin və dəmiryolu xidmətinin 6 əməkdaşı olmuşdur.