Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaponiyada leysan qurbanlarının sayı 100-ə çatdı

09 İyul 2018
Yaponiyada güclü leysan yağışlarının törətdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində 100-dən çox adam həlak olmuşdur. “BBC News”un xəbərinə görə, 50-dən çox adam itkin düşmüşdür.

Ölkənin qərb hissəsində yağışlar iyulun 5-dən davam edir. Yağıntılar iyul ayının normasını üç dəfə üstələmişdir. İki milyon sakinin təxliyə olunması barədə göstəriş  verilmişdir.

Xilasedicilər sağ qalanları axtarırlar. Fəlakətdən ən çox zərər çəkən Xirosima prefekturasıdır.

Proqnozlara görə, Yaponiyada leysan yağışları davam edəcək.