Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UNİCEF Yəməndə 16 min uşağa yardım etdi

09 İyul 2018
2018-ci ilin ilk altı ayında BMT-nin Uşaq Fondu (UNİCEF) Yəmənin qərbində yerləşən Xodeyda əyalətində 16 mindən çox uşağa ərzaq yardımı etmişdir. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Məlumata görə, təşkilatın tvitterdəki səhifəsində bununla bağlı deyilir: “Cari ilin ilk yarısında BMT-nin Uşaq Fondu Xodeydada 16 min 289 uşağı aclıq ölümündən xilas etmişdir”.

Regionda qızğın döyüşlərin davam etməsinə baxmayaraq, UNİCEF uşaqların həyatını xilas etməkdən ötrü fəaliyyətini dayandırmır.

Məlumatda qeyd olunur ki, Yəmənin müxtəlif regionlarında beş yaşdan kiçik 400 minə yaxın uşaq aclıqdan əziyyət çəkir.

Ümumdünya Səhiyyə Təşkilatı xəbər verir ki, Xodeyda əyalətində ərzaqla bağlı problemlə yanaşı, səhiyyə sahəsində də ağır vəziyyət yaranmışdır.