Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropanın ən qocaman qadını 116 yaşında dünyasını dəyişdi

09 İyul 2018
Dünən Avropanın ən qocaman qadını dünyasını dəyişmişdir. İtaliyada, Florensiya yaxınlığında ömür sürmüş Cüzeppina Proyetto-Frau 116 yaşında vəfat etmişdir. Bu barədə ANSA agentliyi xəbər verir.

Proyetta-Frau 1902-ci ildə İtaliyanın Sardiniya adasındakı La-Maddalena şəhərində anadan olmuşdur. Sonradan Florensiyaya köçərək ömrünün sonunadək üç övladından biri – qızı Culiya ilə orada yaşamışdır.

Qeyd olunur ki, Cüzeppina Proyetto-Frau dünyada 117 yaşlı yaponiyalı Çiye Miyakodan sonra ikinci ən qocaman qadın idi.