Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropanın antirusiya sanksiyaları qüvvəyə mindi

09 İyul 2018
Dünən Avropa İttifaqının (Aİ) rəsmi jurnalında Rusiyaya qarşı sanksiyaların daha altı ay müddətinə uzadılması barədə məlumat dərc edilmişdir. Beləliklə, iyulun 5-də dövlət başçıları tərəfindən qəbul edilmiş qərar qüvvəyə minmişdir. Bu barədə TASS agentliyi xəbər verir.

Məlumata görə, sanksiyalar müdafiə sənayesi, ikili təyinatlı malların istehsalı, habelə maliyyə və energetika sektorlarına şamil olunur.
Xatırladaq ki, Qərb Ukraynanın tərkibində olan Krım Rusiyaya birləşdirildikdən sonra Moskvaya qarşı sanksiyalar tətbiq etmişdi.