Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu ilin ikinci Günəş tutulması hadisəsi iyulun 13-də baş verəcək

09 İyul 2018
İyulun 13-də bu ilin ikinci Günəş tutulması (qismən tutulma) hadisəsi baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, Bakı vaxtı ilə saat 05:48-də başlanacaq Günəş tutulması hadisəsi saat 08:13-də başa çatacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanları hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

Növbəti Günəş tutulmasının avqustun 11-də olacağı gözlənilir.