Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Şahdəniz-1” üzrə indiyədək Türkiyəyə 53 milyard kubmetr Azərbaycan qazı göndərilib

09 İyul 2018
İşlənmənin əvvəlindən bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 94 milyard kubmetr təbii qaz çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

X.Yusifzadə bildirib ki, indiyədək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Gürcüstana 7,3 milyard kubmetr, Türkiyəyə isə 53 milyard kubmetr qaz verilib.