Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

08 İyul 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq,  “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980; 2017, № 12, I kitab, maddə 2200) aşağıdakı dəyişikliklər edilsin:

1. 23-cü maddədə “məktəbəqədər uşaq tərbiyə müəssisələrində, orta məktəblərdə və texniki peşə məktəblərində” sözləri “təhsili müəssisələrində” sözləri ilə əvəz edilsin.

2. 39-cu maddənin on altıncı abzasında “uşaq tərbiyə və yeniyetmə müəssisələrində, texniki peşə məktəblərində, habelə” sözləri “təhsili müəssisələrində, habelə digər” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 may 2018-ci il