Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Andres Manuel Lopes Obradora

06 İyul 2018
Hörmətli Andres Manuel Lopes Obrador,

Meksika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2018-ci il.