Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirdən

04 İyul 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırır və bu mühüm vəzifənin həyata keçirilməsində Sizə uğurlar arzulayıram.

Qardaş Azərbaycan xalqının iradəsini əks etdirən bu seçki prosesinin şəffaflıq və etimad mühitində keçməsindən məmnunluq duyuram.

Sudan və Azərbaycan son 25 il ərzində təkcə çoxtərəfli birgə forumlar çərçivəsində yox, həm də ikitərəfli səviyyədə öz tərəfdaşlıqlarını möhkəmləndiriblər. Əminəm ki, Sizin növbəti prezidentlik səlahiyyətiniz müddətində ölkələrimiz bütün sahələrdə daha sıx əməkdaşlıq qurmaqda davam edəcəklər.

İcazə verin, fürsətdən istifadə edərək, ölkənizə və onun xalqına ən xoş arzularımı yetirim.

Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz.

 

Ömər Həsən Əhməd əl-Bəşir

Sudan Respublikasının Prezidenti