Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edəcək

04 İyul 2018
Gənclər və idman naziri Azad Rəhimov iyulun 5-də Abşeron rayonunda Abşeron, Sumqayıt, Xızı, Şamaxı, Qobustan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, Xırdalan şəhəri 9-cu mikrorayon, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Sumqayıt (055 622-29-30, 050 532-46-94), Abşeron (050 397-12-00, 055 511-25-04), Qobustan (050 884-11-88, 050 484-33-34), Şamaxı (050 391-57-88, 055 697-22-22) və Xızı (055 226-04-76) şəhər və rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.