Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beş ayda Azərbaycana 184 ölkədən 1055,6 min turist gəlib

03 İyul 2018
Yanvar-may aylarında Azərbaycana 184 ölkədən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri Ramil Hüseyn deyib.

R.Hüseyn qeyd edib ki, may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 107,3 milyon manat təşkil edib. Bu göstərici ötən ilin may ayı ilə müqayisədə 16 faiz çoxdur.