Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezidentin Mətbuat Xidmətinin məlumatı

03 İyul 2018
İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanmışdır.

Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir