Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çimərlik mövsümü zamanı dərinin günəş şüalarından qorunmaması bəzi xəstəliklərə səbəb ola bilər

27 İyun 2018
Dəri xəstəliklərinin çox böyük əksəriyyəti günəş şüalarının təsiri nəticəsində yaranır. Xüsusilə çimərlik mövsümü zamanı həmin xəstəliklərin yaranması ehtimalı artır.

Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu Zülfüqar Fərəcovun dediyinə görə, həmin təsir nəticəsində dəri xərçənginin yaranması da istisna edilmir: “Günəş şüalarının təsiri nəticəsində dərinin iltihabı reaksiyaları müşahidə olunur. Eyni zamanda, yay aylarında tərləmə nəticəsində dəridə gedən dəyişikliklər göbələk, uzun müddət günəş şüaları altında qaldıqda qırmızı qurd eşənəyi, sklerodermiya və digər dəri xəstəlikləri əmələ gətirə bilər”.

Baş dermatoveneroloq allergik xəstəlikləri olanların və dərman qəbul edənlərin çimərliyə getməməsini məsləhət görüb. Çimərliyə gedənlərin isə günəş şüalarının dəriyə mənfi təsirindən qoruyan xüsusi kremlərdən istifadə etməsinin zəruriliyini qeyd edib. O deyib ki, dəridə qızartı, qaşınma və şişkinlik əmələ gələndə dərhal həkimə müraciət olunmalıdır.