Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ordumuz qürurumuzdur

25 İyun 2018
“Qafqaz Media” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə “Ordumuz qürurumuzdur” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Taleh Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışıb.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda yeni mərhələ yaranıb, Silahlı Qüvvələr müasir texnika və silahlarla təchiz olunub və bölgədə ən güclü orduya çevrilib.

Tədbirdə “AYTAM” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, “Ordumuz qürurumuzdur” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.