Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kambocanın Kralı Norodom Sihamonidən

22 İyun 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və rifah arzulayır, gələcəkdə ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənəcəyinə əminliyimi ifadə edirəm.

Ən yüksək ehtiramla,

 

Norodom Sihamoni

Kambocanın Kralı