Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Amerikalı alimlər tərəfindən yaradılmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir

22 İyun 2018
Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Məktəbinin alimləri tərəfindən hazırlanmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir. Material zədələnən zaman yenidən yaranan ağrı refleksi ilk öncə dirsək və orta sinirlərə, daha sonra beyinə ötürülür.

AZƏRTAC “incrussia.ru” saytına istinadən bildirir ki, alimlər tərəfindən hazırlanmış material təzyiq və zədələrə reaksiya verən rezin, toxuma və pyezorezistiv lif qatlarından ibarətdir. Pyezorezistiv material deformasiya vaxtı müqavimətini dəyişdirir, ötürücülər sistemi isə elektrik impulsunu sinir impulsuna yönəldir.

Elektron dəri, hələ ki, istilik və kimyəvi təsir vaxtı zədələnmələri müəyyənləşdirmək qabiliyyətinə malik deyil və yalnız xarici mexaniki qıcıqlandırıcılara reaksiya verir.

Yeni texnoloji hazırlamanın sınaqlarında qəza nəticəsində hər iki əlini itirmiş 29 yaşlı kişi iştirak edib.