Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

22 İyun 2018
Təhsil naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Qonaqlara, həmçinin ölkəmizdə təhsil sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verilib.