Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

On beşinci əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

20 İyun 2018
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından “Lüğəte-Nemətullah” əsərinin surətini əldə edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, XVI əsrdə yaşamış Nemətulla ibn Əhməd ibn Mübarək ər-Rumi Sofiyada dünyaya gəlib. 1539-cu ildə yazılmış “Lüğəte-Nemətullah” farsca-türkcə lüğət olmaqla yanaşı, fars dilinin qrammatikasına dair əsərdir. Əsərin əlyazma nüsxələri London və Paris kitabxanalarında, Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun şərq əlyazmaları şöbəsində, eləcə də Əlyazmalar İnstitutunda saxlanılır.