Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı iş yerlərinə sənədlərin qəbulunu elan edir

14 İyun 2018

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı müsabiqədə iştirak etmək üçün aşağıda qeyd olunan iş yerlərinə sənədlərin qəbulunu elan edir:

Tədris-metodiki şöbənin müdiri, (1 yer).

Dekan (filologiya fakültəsi, 1 yer).

Vəzifələri tutmaq üçün müsabiqədə ali təhsilli, elmi dərəcəsi və elmi adı olan, Azərbaycan və rus dillərini sərbəst bilən, tədris prosesinin təşkili və idarə olunması sahəsində ən azı 3 il və ya ali təhsil müəssisəsində tədris sahəsində ən azı 5 il iş stajı olan əməkdaşlar sənəd verə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

• şəxsiyyəti təsdiq edən sənədin surəti

• CV

• ali təhsil haqqında sənədin surəti

• elmi dərəcəsi və elmi adı təsdiq edən sənədin surəti

Müsabiqədə iştirak etmək istəyənlər sənədləri 18 iyun 2018-ci il tarixindən 10 iyul 2018-ci iltarixi saat 17:00-dək [email protected]  elektron poçt ünvanına göndərməlidir.

Əlaqə telefonu: + 99412 598 93 28.