Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

14 İyun 2018
İyunun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitə sədri Rövşən Rzayev iclası açaraq aprelin 11-də keçirilmiş prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu, dövlətimizin başçısı İlham Əliyevin yenidən bu ali vəzifəyə seçilməsinin xalq-iqtidar birliyinin möhkəmliyini bir daha nümayiş etdirdiyini vurğulayıb. Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr qoyduğu qeyd edilib. Verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün daha böyük məsuliyyət və əzmkarlıqla çalışmağın zəruriliyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində ölkə vətəndaşları, onların sosial rifahı dayanır ki, bu baxımdan da məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və layihələr prioritet hesab edilir.

İclasda gündəlikdəki məsələlərə dair müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib, onların yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.