Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Afroamerikalı qadın tarixdə ilk dəfə ABŞ-da şəhər meri oldu

14 İyun 2018
ABŞ şəhərinin meri ilk dəfə qaradərili qadın olmuşdur. London Brid iyunun 5-də keçirilmiş seçkilərdə qalib gəlmişdir və indi San-Fransiskoya rəhbərlik edəcək. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Brid 43 il əvvəl yoxsul ailədə dünyaya gəlmişdir. Onu praktiki olaraq nənəsi böyütmüşdür. Buna görə merin yerli sakinlərə verdiyi ilk vəd yoxsullara kömək etmək, əlçatan mənzillər tikmək və şəhərin küçələrində qayda-qanun yaratmaqdır.
Növbədənkənar seçkilər ötən ilin dekabrında şəhər meri Ed Li vəfat etdikdən sonra təyin edilmişdir. Demokratlar Partiyasının üç üzvü favorit hesab olunurdu: nəzarət şurasının başçısı London Brid, Nyu Yorkda anadan olmuş Ceyn Kim və ştatın eks-senatoru, qeyri-ənənəvi seksual oriyentasiyaya malik Mark Leno.
Səslərin hesablanması aparılan ilk günlərdə 66 yaşlı Leno liderliyi ələ almışdı. Lakin sonradan üstünlük Bridin tərəfinə keçmişdir.