Kolumbiyada 16 qiyamçı zərərsizləşdirildi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kolumbiyada 16 qiyamçı zərərsizləşdirildi

14 İyun 2018
Kolumbiyada keçmiş İqilabi Silahlı Qüvvələrin (FARC) 16 qiyamçısı Arauka departamentində məhv edilmişdir. Bu barədə Müdafiə Nazirliyinin məlumatına istinadən TASS agentliyi xəbər verir.

Kolumbiya ordusunun Araukada mütəşəkkil silahlı qrupa qarşı keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 16-ya çatmışdır.

FARC-ın sabiq üzvləri narkotrafikə nəzarətdə iştirak etmək üçün Milli Azadlıq Ordusunun qiyamçıları ilə əlaqə qurmaq istəmişlər.

FARC 1964-cü ildə yerli Kommunist Partiyasının hərbi qanadı kimi peyda olmuşdu. Onların məqsədi ölkədə sosial ədalət və bərabərlik cəmiyyəti qurmaq uğrunda mübarizə idi. Hökumətlə qiyamçılar arasında uzun illər davam edən danışıqlar sülh sazişinin imzalanması ilə nəticələnmişdir. Ötən il FARC-ın əsasında siyasi partiya yaradılmışdır.