Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Argentinalı məhbuslar futbol üzündən aclıq elan etdilər

14 İyun 2018
 

Argentinanın Puerto-Madrin şəhərindəki həbsxanada bir qrup məhbus futbol üzrə dünya çempionatının oyunlarını izləyə bilmədiyinə görə aclıq elan etmişdir. Məhbuslar matçlara baxmaq imkanı yaradılmayanadək yeməkdən imtina etmək niyyətindədirlər. Bu barədə “Rosbalt” agentliyi xəbər verir.
Məhbusların müvafiq məktubunda deyilir ki, “bizim problemimiz həll olunmayanadək günorta və axşam aclıq etmək barədə qərara gəlmişik”. Məhkəmə isə məhbusların müraciətinə baxmaqdan imtina edir.