İstanbulda İŞİD terrorçu qruplaşmasının üzvləri yaxalanıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İstanbulda İŞİD terrorçu qruplaşmasının üzvləri yaxalanıb

14 İyun 2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin İstanbulda eyni vaxtda 14 ünvanda keçirdiyi antiterror əməliyyatı nəticəsində terror aktı törətmək hazırlığında olan 8 şübhəli şəxs saxlanılıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, həbs edilən şəxslər İŞİD terrorçu qruplaşmasının üzvləridir. Bildirilir ki, yaxalanan şəxslər terrorçu-kamikadze təlimi keçiblər. Dəstəyə daxil olduğu ehtimal edilən digər 3 nəfərin axtarışına başlanılıb.