Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təhsil naziri məzunları təbrik edib

14 İyun 2018
Təhsil naziri Ceyhun Bayramov respublikanın ümumtəhsil məktəblərinin məzunlarını təbrik edib.

Təbrikdə deyilir: “Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi və dəyərlər bu yolda sizə zəruri dəstək verəcək. Əminəm ki, siz özünütəsdiq inamınızla arzuladığınız gələcəyi quracaq, ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız. Prezident İlham Əliyevin bildirdiyi kimi, zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Güclü Azərbaycanı müasir düşüncəli, milli ruhlu, əməksevər vətəndaşlar yaşadır və irəli aparır. Ömürboyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclərimiz bizim qızıl insan kapitalımızdır. Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız! Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram”.