Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 1,75-2 faiz artırıb

14 İyun 2018
ABŞ Federal Ehtiyat Sistemi (FES) tənzimləyici faiz dərəcəsini 25 baza bəndi üzrə illik 1,75-2 faiz artırıb.

AZƏRTAC bunu tənzimləyicinin mətbuat üçün açıqlamasına istinadla bildirir. Bu qərar maliyyə bazarları üçün gözlənilən olub.

FES bildirib ki, 2018-ci ildə faiz dərəcəsinin dörd dəfə - orta hesabla illik 2,375 faiz artırılmasını proqnozlaşdırır. Hərçənd, əvvəllər faiz dərəcəsinin üç dəfə artırılması ehtimal edilirdi.

Tənzimləyici, həmçinin 2018-ci ildə ABŞ-da ÜDM-in artım proqnozunu 2,7 faizdən 2,8 faizə qaldırıb. Cari ildə inflyasiyanın dinamikası isə 1,9 faizdən 2,1 faizə qaldırılıb. İşsizliyin səviyyəsi üzrə proqnoz 3,8 faizdən 3,6 faizə endirilib.

FES 2018-ci ilin martında faiz dərəcəsini 0,25 bənd artırmışdı.