Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Makedoniyanın adı dəyişdirildi

13 İyun 2018
Yunanıstan və Makedoniya keçmiş Yuqoslaviya respublikasının adının dəyişdirilməsi barədə razılaşma əldə etmişlər. Bu barədə “BBC News” xəbər verir.

Uzun illər davam edən etirazlardan və danışıqlardan sonra yunanıstanlı və makedoniyalı baş nazirlər Aleksis Sipras və Zoran Zayev ümumi qərara gəlmişlər. Saziş imzalandıqdan sonra ölkə Şimali Makedoniya Respublikası adlanacaq. Bu addan həm beynəlxalq, həm də ikitərəfli səviyyədə istifadə olunmalıdır. İndi sənədi hər iki ölkənin hökumətləri təsdiq etməlidir. Bundan sonra Skopye həm Avropa İttifaqına, həm də NATO-ya üzv ola bilər. Bundan əvvəl Avropa İttifaqına üzvlük barədə danışıqlar Yunanıstan tərəfindən bloklanırdı.

Ölkənin adı ilə bağlı mübahisə Makedoniya Yuqoslaviyadan müstəqillik aldıqdan sonra başlamışdır. Yunanıstanda analoji adda vilayət olduğundan Afina yeni dövlətin ona iddia etməməsi üçün Makedoniya adını tanımırdı. Danışıqlar zamanı tərəflər müxtəlif adlardan, o cümlədən Yuxarı Makedoniya, yaxud Yeni Makedoniya adlarından imtina etmişlər.