“Taliban”ın lideri ABŞ-ı birbaşa danışıqlara çağırır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Taliban”ın lideri ABŞ-ı birbaşa danışıqlara çağırır

13 İyun 2018
“Taliban” radikal hərəkatının lideri Heybətulla Axundzadə Əfqanıstanda uzun illərdir davam edən qarşıdurmaya son qoymaq üçün ABŞ-ı birbaşa sülh danışıqlarına başlamağa çağırmışdır. Bu barədə “TOLO News” telekanalı xəbər verir.

Hərəkatın lideri məsələ ilə bağlı çıxışında demişdir: “Əgər Amerikanın rəsmi şəxsləri həqiqətən münaqişənin sülh yolu ilə həllinə inanırlarsa, onlar danışıqlar masası arxasına əyləşməli və birbaşa dialoqa başlamalıdırlar. Amerikalı məmurların ən böyük səhvi ondadır ki, onlar hər problemə inadkarlıqla yanaşırlar. Lakin gücdən istifadə etmək həmişə lazımi nəticə vermir”.

Taliblərin lideri həmçinin vurğulamışdır ki, Əfqanıstanın yeganə xilas yolu NATO-nun “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən ABŞ və müttəfiqlərinin hərbi kontingentlərinin ölkə ərazisindən çıxarılmasıdır.