Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gürcüstanın Baş naziri istefa verib

13 İyun 2018
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili iyunun 13-də tutduğu vəzifədən getdiyini elan edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kvirikaşvili bunu Tbilisidə keçirilən fövqəladə brifinqdə deyib.

“Mən Gürcüstanın Baş naziri postundan istefa vermək qərarına gəldim”, - deyə o bildirib.

Qeyd edək ki, Georgi Kvirikaşvili 2015-ci il dekabrın 30-dan Gürcüstan hökumətinin rəhbəri vəzifəsini tuturdu.