Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiyanın 86 yaşlı sakini futbol üzrə builki dünya çempionatında könüllü kimi çalışacaq

13 İyun 2018
Saransk (Mordoviya Respublikası) sakini, 86 yaşlı Lidiya Volkova Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının ən yaşlı könüllüsü olacaq.

AZƏRTAC xəbər verir ki, vaxtilə Mordoviya Respublikası Maliyyə Nazirliyinin əməkdaşı olmuş L.Volkovanın dünya çempionatında turizm-məlumat məntəqələrinin birində işləyəcəyi ehtimal edilir.

Volkova deyib: “Mən əvvəllər bütün xokkeyçilərin adlarını bilirdim, futbolçuları tanıyırdım. Hətta bu işlər üçün bir ümumi dəftər ayırmışdım”.

55 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulan “gümüş könüllülük” Mordoviyada 2016-cı ildən təcrübədən keçirilir. Gözlənildiyinə görə, dünya çempionatında çalışmaq istəyən yaşlı könüllülərin sayı 100-ə yaxın olacaq. Digər könüllülərlə çiyin-çiyinə işləyəcəklərinə baxmayaraq, onların az fiziki güc tələb edən sahələrə cəlb olunacaqları planlaşdırılır.