Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nigeriya televiziyasında Azərbaycana həsr olunan veriliş yayımlanıb

13 İyun 2018
Nigeriyanin MİTV kanalının səhər proqramında Azərbaycana həsr olunan veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişdə Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının sədri Billurə Bernard iştirak edib.

Proqramda əvvəlcə Azərbaycanın mədəniyyəti, incəsənəti, turizm potensialı haqqında qısa film təqdim edilib.

Billurə Bernard Nigeriya tamaşaçılarına rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə həyata keçirilən layihələr barədə məlumat verib. Bu ilin mart ayında Azərbaycanda səfərdə olmuş nigeriyalı jurnalist Cennifer Gentet ölkəmiz haqqında təəssüratlarını bölüşüb.

Verilişdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə məlumat verilib. Bu münasibətlə Laqosun Muson Musiqi Mərkəzində konsert proqramının keçiriləcəyi bildirilib.