Bolqarıstan rəsmisi: Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayacaq

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bolqarıstan rəsmisi: Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayacaq

13 İyun 2018
Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropa və Balkan ölkələrinin, eləcə də bütövlükdə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" mövzusunda beynəlxalq konfransda Bolqarıstanın Energetika Nazirliyinin nümayəndəsi Rosen Simitchiev deyib

"Bolqarıstan ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Bu da öklənin təbii qaza olan tələbatının 25-30 faizini təmin edəcək. Cənub Qaz Dəhlizi qitədə mənbələrin və marşrutların şaxələndirilməsinə xidmət edəcək", - deyə o qeyd edib.

Bolqarıstan rəsmisi Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisinin isə 2021-ci ilin birinci yarısında tamamlanmasının nəzərdə tutulduğunu bildirib.