Azərbaycanın maliyyə naziri Fransanın dövlət katibi ilə görüşüb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın maliyyə naziri Fransanın dövlət katibi ilə görüşüb

13 İyun 2018
Parisdə səfərdə olan Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi məsələlər müzakirə edilib.

Fransanın böyük şirkətlərinin Azərbaycanın təşəbbüskarı və ya iştirakçısı olduğu nəqliyyat, kommunikasiya, enerji layihələri ilə yanaşı, bir çox digər sahələrdə də uğurla fəaliyyət göstərdiyi vurğulanıb.

S.Şərifov Fransada özünü siyasi qaçqın kimi təqdim edərək, oturum hüququ almaq istəyən bəzi şəxslərin Azərbaycan hökumətinə qarşı böhtan və təhqir xarakterli çıxışlarının təəssüf doğurduğunu bildirib.