Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sərhəd zonasında çətənə sahəsi aşkarlandı

13 İyun 2018
 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhəd boyu zonada çətənə kollarının yabanı halda bitdiyi sahə aşkar olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ağstafa rayonunun Sadıxlı kəndinin arxa hüdudunda “Qarayazı” dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km aralıda aşkarlanmış sahədə aqrotexniki qulluq olunmamış, hündürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyən edilmişdir.

Qeyd olunan çətənə kolları yerli icra nümayəndəliyi, meşə təsərrüfatı, Ağstafa rayonu polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq akt tərtib olunmuş və yandırılaraq məhv edilmişdir.

 

“Azərbaycan”