Bakı-Naxçıvan-Bakı reysləri üzrə aviabiletlərin onlayn satışına başlanır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı-Naxçıvan-Bakı reysləri üzrə aviabiletlərin onlayn satışına başlanır

13 İyun 2018
 

İyunun 23-dən Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə aviabiletlərin onlayn satışı mümkün olacaq. Bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat verib.

“Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabiletlərin onlayn satışı artıq saytımızda fəaliyyət göstərir. Bu istiqamət üzrə ekonom sinifdə baqajın daşınması norması aviaşirkətin vahid standartına uyğun olaraq qeydiyyatdan keçən baqaj 23 kiloqramadək, əl yükü - 10 kiloqramadək təşkil edir” - deyə məlumatda bildirilir.

Qeyd edək ki, buna qədər Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə onlayn aviabilet satışı mümkün olmayıb.