Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyevin Əskişəhərdə Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub

12 İyun 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 12-də Əskişəhərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAP layihəsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Dövlət başçıları əminliklərini bildirdilər ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.