“Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti” əsəri elmi-tarixi faktlar əsasında qələmə alınıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti” əsəri elmi-tarixi faktlar əsasında qələmə alınıb

12 İyun 2018
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti, tanınmış filosof alim Əmrəli İsmayılovun rus dilində yazdığı "Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti" kitabının təqdimatı keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov tanınmış filosof Ə.İsmayılovun beş monoqrafiyanın, üç kitabın, altı fundamental kitabın tərtibçisi, 11 kollektiv monoqrafiyanın müəlliflərindən biri olduğunu, alimin respublika və beynəlxalq miqyaslı elmi simpoziumlarda, konfranslarda və seminarlarda fəal çıxış etdiyini bildirib. Rektor deyib ki, Ə.İsmayılovun "Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti" əsəri zəngin elmi-tarixi faktlar əsasında qələmə alınıb və bu fundamental kitabı elmi ictimaiyyət böyük maraqla qarşılayıb. Onun bu genişhəcmli kitabının çapdan çıxması diqqətəlayiq elmi-tarixi hadisə kimi dəyərləndirilir. Bu nəşr hər bir vətənpərvər azərbaycanlıya böyük hədiyyədir. Dərin elmi, siyasi və milli məzmuna malik olan bu kitabda erməniliyin, erməni faşizminin iç üzü açılır, erməni ideologiyasının mənfur, insanlığa zidd mahiyyəti, Ermənistanın təcavüzkar, işğalçı siyasətinin məqsədi, ermənilərin tarixən digər ölkələrə və xalqlara, qonşularına, ilk növbədə, Türkiyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları konkret faktlar əsasında nəzərə çatdırılır. Kitabın ən dəyərli cəhətlərindən biri ermənilərin siyasi riyakarlığının, yalançılığının, simasızlığının real elmi, publisistik mənbələr əsasında açıqlanmasıdır. Müəllif erməni ideologiyası, erməni faşizmi barədə fikirlərini əsaslandırmaq üçün məhz xristian aləmini təmsil edən mütəfəkkirlərin, dünyada tanınmış alim və siyasətçilərin fikirlərinə müraciət edib. Ermənilərin mənəviyyatsızlığı, riyakarlığı məhz erməni müəlliflərinin fikirləri, məlumatları əsasında oxucuya çatdırılır. Kitabda ermənilərin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə törətdikləri qırğınlara hərtərəfli, real faktlar əsasında və dərindən aydınlıq gətirilir. Xocalı soyqırımına xüsusi diqqət yetirilir, yaşlılara, qadınlara və uşaqlara qarşı qəddar, amansız və qeyri-insani münasibət yalnız yazılı formada deyil, həm də çoxsaylı fotoşəkillər əsasında ifadə olunur. Bu dəyərli əsər ermənilərin tarixini, ideologiyasını, fəlsəfəsini, türklərə və azərbaycanlılara qarşı tarixi düşmənçiliyini bütün dolğunluğu ilə açır. Kitabın rus dilində yüksək səviyyədə yazılması onun geniş miqyasda yayılmasına imkan yaradır.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Tarixboyu xalqımızın müstəqilliyinə ən böyük təhlükəni ermənilər yaradıb. Vətənpərvər alim Ə.İsmayılovun bu sistemli və dolğun əsəri erməni faşizminin ifşası baxımından böyük əhəmiyyət kəsb edir.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, professor İsmayıl Məmmədli, dosentlər Məcid Əfəndiyev, Vahid Ömərov, Sakit Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Qəhrəmanova və başqaları əsərin xalqımızın milli maraqlarına xidmət etdiyini və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Sonda Ə.İsmayılov təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə və çıxışçılara təşəkkür edib, bu sahədə daha çox əsərlərin yazılmasının vacibliyini bildirib.