İspaniya miqrantların gəmisini qəbul edəcək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İspaniya miqrantların gəmisini qəbul edəcək

12 İyun 2018
İspaniya hökumətinin sədri Pedro Sançes bildirmişdir ki, krallıq göyərtəsində 629 miqrant olan “Aquarius” gəmisini  qəbul etməyə hazırdır. Bu barədə Baş nazirin bəyanatında deyilir: “Bizim borcumuz humanitar fəlakətin qarşısını almaq və bu adamlara təhlükəsiz liman təklif etməkdir. Bununla beynəlxalq hüquq öhdəliklərini icra etmiş olarıq”.

Sançes qeyd etmişdir ki, “gəminin təyinat məntəqəsi Valensiya limanı olacaq”. Öz növbəsində Maltanın Baş naziri Cozef Muskat bildirmişdir ki, onun ölkəsi miqrantların gəmisinə ərzaq göndərəcək.

Xəbər verildiyi kimi, bazar günü İtaliya və Malta hökumətləri “Aquarius” xilasetmə gəmisini öz limanlarına buraxmamışdır. Buna cavab olaraq BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının İdarəsi “marağı olan hökumətlər”i miqrantların sahilə çıxmasına icazə verməyə çağırmışdır.

Qeyd olunur ki, gəminin göyərtəsindəki 629 nəfərin təxminən 100-ü uşaqdır. Söhbət bundan əvvəl Siciliya körfəzində fəlakətlə üzləşmiş və bir neçə qayıqdan xilas edilmiş adamlardan gedir.