Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Timmermans: beton divarlar və məftil Aİ-yə miqrasiyanı dayandırmayacaq

12 İyun 2018
Beton divarlar və tikanlı məftil Avropaya qeyri-leqal miqrasiya axınını dayandırmayacq və bu problem hələ uzun illər aktual olaraq qalacaq. Bu barədə Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmermans məlumat vermişdir.

Timmermansın dediyinə görə, Avropa İttifaqında (Aİ) qaçqınların problemlərini aradan qaldırmaq üçün təcili tədbirlər hazırlanmalıdır. O vurğulamışdır ki, ehtiyacı olanlara yardım əli uzatmaq hər kəsin borcudur: “Avropa ölkələri qaçqınlarla dolu gəmiləri qəbul etməyə borcludur. Bunu beynəlxalq sazişlər tələb edir. Problemi Aİ-nin ayrı-ayrı üzvlərinin, məsələn, artıq qaçqın axınına tab gətirməyən İtaliyanın üzərinə qoymaq olmaz. Roma bu məsələdə həmrəylik görmədiyinə görə qaçqınları qəbul etməkdən boyun qaçırır. Aİ-nin digər ölkələri İtaliyanın siyasətindən narazı qalır, lakin alternativ təklif etmirlər. Bir şeyi dəqiq bilirik - miqrasiya axınını divar qurmaqla və tikanlı məftillə dayandırmaq mümkün deyil”.

Avropa Komissiyası nümayəndəsinin dediyinə görə, son illər bir çox siyasətçilər gurultulu bəyanatlar versələr də, onların sözləri əməlləri ilə düz gəlməmişdir.