Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsveçdə məscidlərə hücumların sayı on dəfə artıb

12 İyun 2018
Ötən il İsveçdə 38 məscid təhqir olunmuşdur. Bu barədə Uppsal Universitetinin hesabatında məlumat verilir.

Hesabatda deyilir ki, 2017-ci ildə 2016-cı illə müqayisədə ölkədə hücuma məruz qalmış məscidlərin sayı on dəfə artmışdır. İsveçin din azadlığı məsələləri üzrə idarəsinin nümayəndəsi Maks Stokman SVT telekanalına bildirmişdir ki, məscidləri təhqir edən cinayətkarlar ölkədə din azadlığına təhlükədir. Onun dediyinə görə, İsveç hökuməti Konstitusiyanı rəhbər tutaraq bu cür təhdidlərin qarşısını almağa borcludur.

“Hər kəs öz dininə azad şəkildə etiqad etmək hüququna malikdir. Hökumətin əsas vəzifələrindən biri din azadlığına təhlükə yaradan ünsürlərə qarşı mübarizə aparmaqdır. Din azadlığı məsələləri üzrə idarə müsəlmanların və yəhudilərin hüquqlarının pozulmasından narahatdır” deyə Stokman bildirmişdir.